Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Gömrükdə yeni qayda: 1 aylıq limit problemləri həll edəcək, yoxsa yenilərini yaradacaq?
MANŞETÖZƏL

Gömrükdə yeni qayda: 1 aylıq limit problemləri həll edəcək, yoxsa yenilərini yaradacaq?

04 May 2026 2 Min Read
PAYLAŞIN:

Fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların müvəqqəti saxlanma müddəti maksimum 1 ay olacaq.

Məsələ Milli Məclisin ötən gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, mallar müvəqqəti saxlanca sadələşdirilmiş bəyannamə və gömrük orqanının aktı əsasında yerləşdiriləcək. Saxlanma müddəti malların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək, lakin 1 aydan artıq ola bilməyəcək.

Eyni zamanda, təklif olunan dəyişikliklərə görə fiziki şəxslər tərəfindən normadan artıq gətirilən və kommersiya məqsədi daşımayan qida məhsulları müvəqqəti saxlanca qəbul edilməyəcək. Bu halda həmin mallar ya geri qaytarılmalı, ya da gömrük orqanının iştirakı ilə məhv edilməlidir.

Vəkil Mədinə Leqayeva “Paraqraf.com”a bildirib ki, dəyişikliklərin əsas arqumenti gömrük münasibətlərində operativlik və səmərəliliyin təmin olunmasıdır:

“Müvəqqəti saxlanma müddətinin məhdudlaşdırılması gömrük orqanlarının iş yükünün optimallaşdırılması, anbarlardan səmərəli istifadə və malların dövriyyəsinin sürətləndirilməsi məqsədi daşıyır. Bu baxımdan 1 aylıq limit müəyyən mənada əsaslı görünə bilər.

Lakin digər tərəfdən, bu məhdudiyyət mülkiyyət hüququna müdaxilə kimi də qiymətləndirilə bilər. Ona görə də belə qərarlar yalnız qanunla müəyyən edilməli, legitim məqsəd daşımalı və zəruri olmalıdır. Xüsusilə tez xarab olan və ya xüsusi saxlanma şəraiti tələb edən mallar üçün fərdi yanaşma imkanının qorunması vacibdir.

Ümumilikdə, bir aylıq müddət hüquqi baxımdan əsaslandırılsa da, tətbiq mexanizmi və vətəndaşların hüquqlarına təsiri diqqətdə saxlanılmalıdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, bəzi hallarda sahibkarlar gömrük qiymətləndirilməsi ilə razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdirlər:

“Gömrük Komitəsi bu limiti prosedurların sürətləndirilməsi və malların daha tez rəsmiləşdirilməsi üçün tətbiq edir.

Ancaq ərzaq məhsulları ilə bağlı nəzərdə tutulan məhdudiyyətlər tam aydın deyil və suallar doğurur”.

 


Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ottava Bakı və İrəvan arasında sülh dialoqunda əldə olunan irəliləyişi alqışlayır

Next

Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıb – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved