Azərbaycan kapoeyraçıları Münhendə keçirilən Avropa turnirində üç medal qazanıblar
Azərbaycan təmsilçiləri Almaniyanın Münhen şəhərində keçirilən kapoeyra üzrə “Bimba Open 2026” beynəlxalq Avropa turnirində üç medal qazanıblar.
Bu barədə Paraqraf.com-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Yeniyetmələrin mübarizəsində Mehriban Hacıbabayeva qızıl, Rəsul Muradlı bürünc mükafata sahib çıxıblar.
Gənclər kateqoriyasında isə Raul Hüseynov qızıl medal qazanıb.
Paraqraf.com
![]()