Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb
DÜNYA

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb

03 May 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Haber Global” Türkiyənin Milli Müdafiə Nazirliyindən olan mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Yunanıstanın axtarış və xilasetmə işlərini həyata keçirməli olduğu beynəlxalq sularda – Krit adasının 80 dəniz mili qərbdə (Eksklüziv İqtisadi Zona – red.) İsrailin “Qlobal Sumud Donanması”na müdaxilə etməsi Afinanın öhdəliyini yerinə yetirmədiyinin göstəricisidir.

“Sözügedən müdaxilədən sonra İsrail qüvvələrinin saxladığı heyəti daşıyan gəminin Yunanıstan limanlarından birinə yönləndirilməsi və bu prosesin Yunanıstan rəsmiləri tərəfindən əngəllənməməsi Afina rəhbərliyinin mövqeyinə qarşı tənqidləri artırıb. Bu qərarın Yunanıstanın dəniz səlahiyyət zonaları və suverenlik hüquqları baxımından mübahisələr yaratdığı bildirilir. Yunanıstanın öz axtarış-xilasetmə məsuliyyət zonasında baş verən hadisəyə qarşı passiv mövqe nümayiş etdirməsi onun beynəlxalq öhdəliklərini gözardı etdiyini göstərir”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələrinin aprelin 30-na keçən gecə Krit adası yaxınlığında “Qlobal Sumud Donanması”nın 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilmişdi.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Fars”: İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni “aydın yol xəritəsi”ni ehtiva edir

Next

Ərdoğan: Türkmanlar Türkiyə ilə İraq arasında əlaqələrin əhəmiyyətli ünsürüdür

Copyright 2026— Praqraf.com. All rights reserved