Skip to content
03 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 3
  • Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib

Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib

admin 03 May 2026 4 minutes read
LFUphGUqUGsyPALY6du6yjx4zgeOIdm10U3SxaxK_1200
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp İranın raket silahları sahəsində qorunub saxlanılan potensialını ləğv etmək niyyətini açıqlayıb.

Paraqraf.com xəbər verir ki, Amerika lideri bunu Florida ştatının Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbətində deyib.

“Bəli, mən bunu məhv etmək istərdim”, – deyə o, İranın raket texnologiyaları sahəsində hələ də mövcud olan istehsal gücləri haqqında suala cavabında bildirib.

Amerika administrasiyasının məlumatına görə, Birləşmiş Ştatlar və İsrail tərəfindən endirilən zərbələrdən sonra Tehranda bu cür potensialının 15 %-dən çoxu qalmayıb.

Jurnalistlər Trampa Vaşinqtonun İslam Respublikasına yenidən zərbə endirib-endirməyəcəyi barədə də sual veriblər. “Baxarıq. Bu, mümkündür, belə bir şey, şübhəsiz ki, baş verə bilər”, – Ağ Evin rəhbəri bildirib.

Bununla yanaşı, Tramp gələcəkdə Amerika neft şirkətlərinin İran ərazisində fəaliyyət göstərə biləcəyini də istisna etməyib.

Bundan əvvəl Amerika lideri “Truth Social” sosial şəbəkəsində bildirmişdi ki, ABŞ-nin təkliflərinə İranın cavabını çətin qəbul etsin.

“Onun (Tehranın planının – red.) məqbul olacağını təsəvvür edə bilmirəm”, – o yazıb.

Daha əvvəl İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Tehranda xarici ölkələrin səfirləri ilə görüşündə bildirib ki, İran Pakistan vasitəsilə ABŞ-yə münaqişənin nizamlanması üzrə yeni plan ötürüb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tramp Almaniyadan 5 min hərbçinin çıxarılması məsələsini şərh edib
Next: “Fars”: İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni “aydın yol xəritəsi”ni ehtiva edir

OXŞAR MÖVZULAR

cso3jn3TPfQy2etfOHKcM1DTcfwnInw3os53QJKg_1200

Ukrayna ordusu Rusiyanın kölgə donanmasının iki tankerinə zərbə endirib

admin 03 May 2026
cvmmKL1is4iLK3KoxyZkQtqizKJvL1ItaHUCZ5y9_1200

Ərdoğan: Türkmanlar Türkiyə ilə İraq arasında əlaqələrin əhəmiyyətli ünsürüdür

admin 03 May 2026
6wywUB0T5XyDN9YaoKke2U4cEawapDUXbFWtIVuD_1200

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb

admin 03 May 2026

XƏBƏR LENTİ

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib KO8cKfFUOX146WuDusXMGZv0gBiclDCaiVUHtxY3_1200

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

03 May 2026
“Bakı Marafonu 2026″nın qalibləri müəyyənləşib H4Fg37YyP5qsoQnRvnBq4TEtfz7WC1wT9vYM9Xk4_1200

“Bakı Marafonu 2026″nın qalibləri müəyyənləşib

03 May 2026
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib dMNzfhXDsXd4Ka1BgWVmy3aJwRsxUeo4cigdWhRa_1200

Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib

03 May 2026
Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək 5yhBRYfHOzfmc5F1YCSlWtaEpwbqtS8ymtP5kLOU_1200

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

03 May 2026
“İnter Mayami” ev oyununda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, qalibiyyəti əldən verib g8SPQJbTDV3Iaah67XyHjQz1MnpB2nEjS3xgvGuz_1200

“İnter Mayami” ev oyununda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, qalibiyyəti əldən verib

03 May 2026
Antonelli “Formula 1” Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub 3LGedg22Yyh4vA0uSzIffcZssULoX68YT3hyN1yc_1200

Antonelli “Formula 1” Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

03 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.