Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Pxenyan Vaşinqtonun KXDR-dən gələn kibertəhdid barədə bəyanatlarını böhtan adlandırıb
DÜNYA

Pxenyan Vaşinqtonun KXDR-dən gələn kibertəhdid barədə bəyanatlarını böhtan adlandırıb

03 May 2026 1 Min Read
PAYLAŞIN:

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-nin Pxenyan tərəfindən ehtimal olunan kibertəhdid barədə yaydığı bəyanatları əsassız hesab edir.

Paraqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

“Son vaxtlar Birləşmiş Ştatlar öz dövlət strukturları, nəzarətində olan kütləvi informasiya vasitələri və təxribatçı təşkilatları vasitəsilə mövcud olmayan “kibertəhdid” ətrafında ajiotaj yaradır, dünya ictimaiyyətində KXDR haqqında təhrif olunmuş təsəvvür formalaşdırmağa çalışır”, – nazirliyin nümayəndəsi qeyd edib.

Şimali Koreyanın diplomatik idarəsi bildirib ki, bu cür bəyanatlar ölkəni nüfuzdan salmaq məqsədi daşıyan düşünülmüş kampaniyadır.

Bundan əlavə, rəsmi vurğulayıb ki, KXDR düşmən mövqeli qüvvələrin qarşıdurma xarakterli hərəkətləri ilə barışmaq niyyətində deyil və milli maraqların, eləcə də öz vətəndaşlarının hüquqlarının müdafiəsini təmin etmək üçün bütün zəruri addımları atmağa hazırdır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tailandda helikopter qəzası olub, xəsarət alanlar var

Next

İordaniya HHQ Suriyada silah və narkotik anbarlarına zərbə endirib

Copyright 2026— Praqraf.com. All rights reserved