Skip to content
03 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 3
  • “İnter Mayami” ev oyununda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, qalibiyyəti əldən verib

“İnter Mayami” ev oyununda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, qalibiyyəti əldən verib

admin 03 May 2026 2 minutes read
g8SPQJbTDV3Iaah67XyHjQz1MnpB2nEjS3xgvGuz_1200
PAYLAŞIN:

“İnter Mayami” ABŞ-nin MLS Liqasının müntəzəm çempionatının ev oyununda “Orlando”ya 4:3 hesabı ilə məğlub olub.

Paraqraf.com xəbər verir ki, ilk hissənin gedişində “İnter” üç qol vursa da, qonaqlar buraxılan qolların əvəzini çıxmağı və ikinci hissəyə əlavə olunmuş vaxtda qələbə əldə etməyi bacarıblar.

Görüşün 4-cü dəqiqəsində meydan sahiblərinin yamaykalı müdafiəçisi Yen Fray venesuelalı yarımmüdafiəçi Telasko Seqoviyanın ötürməsini tamamlayaraq qonaqların qapısından ilk topu keçirib. 25-ci dəqiqədə isə Seqoviyanın özü topu rəqib qapısının toruna göndərib. Ona qol ötürməsini “İNter Mayami”nin ulduz hücumçusu Lionel Messi verib. Səkkiz dəqiqə sonra argentinalı özü uruqvaylı hücumçu Luis Suaresin ötürməsini reallaşdıraraq meydan sahiblərinin üstünlüyünü darmadağın həddinə çatdırıb. Qonaq komanda hesab 0:3 olduqdan sonra oyunun gedişatını dəyişdirməyi bacarıb. 78-ci dəqiqəyə qədər “şirlər”in argentinalı hücumçusu Martin Oxeda het-trik rəsmiləşdirib, 90+3-cü dəqiqədə isə Trinidad və Tobaqo yığmasının yarımmüdafiəçisi Tayriz Spayser qələbə nöqtəsini qoyub.

“İnter Mayami” MLS-də doqquz oyundan ibarət olan məğlubiyyətsizlik seriyasını itirib. “Orlando” isə bütün çempionat ərzində yalnız üçüncü qələbəsini qazanıb. “İnter Mayami” 10 turun yekununa görə 19 xal toplayaraq Şərq Konfransında ikinci yerdə qərarlaşıb. Orlando klubu Şərqdə 14-cü mövqedədir (10 xal).

Növbəti oyunda “İnter Mayami” “Toronto”nun qonağı olacaq, “Orlando Siti” isə “Kleb de Fut Monreal”la səfər görüşü keçirəcək. Hər iki oyun mayın 9-na planlaşdırılıb.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Antonelli “Formula 1” Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Next: Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

OXŞAR MÖVZULAR

KO8cKfFUOX146WuDusXMGZv0gBiclDCaiVUHtxY3_1200

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

admin 03 May 2026
H4Fg37YyP5qsoQnRvnBq4TEtfz7WC1wT9vYM9Xk4_1200

“Bakı Marafonu 2026″nın qalibləri müəyyənləşib

admin 03 May 2026
dMNzfhXDsXd4Ka1BgWVmy3aJwRsxUeo4cigdWhRa_1200

Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib

admin 03 May 2026

XƏBƏR LENTİ

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib KO8cKfFUOX146WuDusXMGZv0gBiclDCaiVUHtxY3_1200

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

03 May 2026
“Bakı Marafonu 2026″nın qalibləri müəyyənləşib H4Fg37YyP5qsoQnRvnBq4TEtfz7WC1wT9vYM9Xk4_1200

“Bakı Marafonu 2026″nın qalibləri müəyyənləşib

03 May 2026
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib dMNzfhXDsXd4Ka1BgWVmy3aJwRsxUeo4cigdWhRa_1200

Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib

03 May 2026
Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək 5yhBRYfHOzfmc5F1YCSlWtaEpwbqtS8ymtP5kLOU_1200

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

03 May 2026
“İnter Mayami” ev oyununda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, qalibiyyəti əldən verib g8SPQJbTDV3Iaah67XyHjQz1MnpB2nEjS3xgvGuz_1200

“İnter Mayami” ev oyununda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, qalibiyyəti əldən verib

03 May 2026
Antonelli “Formula 1” Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub 3LGedg22Yyh4vA0uSzIffcZssULoX68YT3hyN1yc_1200

Antonelli “Formula 1” Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

03 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.