Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
MƏDƏNİYYƏT

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib

02 May 2026 1 Min Read
PAYLAŞIN:

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi baş tutub.

Paraqraf.com xəbər verir ki, mərasimdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud festivalda çox sayda xarici qonaqların iştirak etdiyini vurğulayəb:

“İldən-ilə bu festival daha da böyüyür. Festivalın təşkili olduqca önəmlidir, bununla xalçaçılıq mədəniyyətini qoruyub gələcək nəsillərə ötürürük”.

Tədbirdə çıxış edən “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, üçüncü dəfə keçirilən bu festival Azərbaycan Xalçaçılıq Gününə təsadüf edir:

“Məqsədimiz mədəni irsimizi qorumaqdır. Xalçaçaçılıq yalnız eksponat olmamalıdır. Bölgələrimizdə aktiv emalatxanalar və 500-ə yaxın toxucumuz var. İşçilərimizin 85 faizi kənd qadınlarıdır. Bu sənəti yaşatmaq hər birimizin borcudur”.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev öz növbəsində vurğulayıb ki, ölkədə xalça və xalça məhsullarının ixracı önəmlidir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu qeyd edib ki, xalçaçılıq Azərbaycan xalqının misilsiz sənətidir:

“Dünyada ilk xalça muzeyi Bakıda yaradılıb. Nə qədər Azərbaycan xalqı varsa, xalçaçılıq sənəti də var olacaq”.

Tədbir mədəni hissə ilə davam edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda “Azərbaycan təbiətinin izi ilə” adlı sərgi keçirilir

Next

Azərbaycan Rabatda Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində iştirak edir

Copyright 2026— Praqraf.com. All rights reserved