Skip to content
01 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 1
  • MM DGK-nın səlahiyyətlərinin genişləndirilməsini I oxunuşda qəbul edib

MM DGK-nın səlahiyyətlərinin genişləndirilməsini I oxunuşda qəbul edib

admin 01 May 2026 6 minutes read
29JfZPTR7BMg1J0fvQ89FpBjJbJG2VzlHhYWi0hD_1200
PAYLAŞIN:

Milli Məclisin (MM) bu gün keçirilən növbəti plenar iclasında “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.

Paraqraf.com xəbər verir ki, sənəd Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Dəyişikliklə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun, “Lisenziyalar və icazələr haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Fərdi məlumatlar haqqında” , “İnzibati icraat haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Qida təhlükəsizliyi haqqında” qanunların və digər qanunların müəddəaları ilə məcəllənin mətni uzlaşdırılacaq və həmin qanunların tələblərini gömrük fəaliyyətində nəzərə alınacaq.

Bundan başqa, gömrük orqanlarına xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədikdə, gömrük borcunun ödənilməsini təmin etmək üsulu kimi xarici ticarət iştirakçısı olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək, eləcə də bu əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək hüququ verilir. Beləliklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması gömrük orqanının müraciəti ilə məhkəmə tərəfindən təmin edilirsə, bu məhdudiyyətin gömrük orqanına verilməsi operativliyi təmin edəcək. Anoloji səlahiyyətlər Vergi Məcəlləsində vergi orqanları üçün müəyyən edilib.

Hazırda digər dövlətlərin gömrük xidmətləri ilə malların idxalı və ixracı sahəsində məlumatların mübadiləsi nəzərdə tutulursa, bu mübadilənin malların tranzitinə də şamil edilməsi ölkəmizin ərazisindən yüklərin tranzit daşınmasının sürətlənməsinə xidmət edəcək.

Bundan başqa, səyyar gömrük auditinin nəticələri haqqında aktlar və müvafiq qərar barədə 3 iş günü ərzində barəsində gömrük auditi aparılan şəxsə məlumatın təqdim edilməsi planlaşdırılır. Bu vəzifənin müəyyən olunması gömrük orqanlarının inzibati icraat çərçivəsində hərəkətlərinin qanuni və əsaslı aparılmasında məsuliyyətinin artmasına, şəxslərin həmin hərəkətlərə qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadəsinə imkanları artırır. Bütövlükdə gömrük orqanlarının fəaliyyətinin və gördüyü tədbirlərin nəticələrinin akt (qərar) formasında təsbit olunması və bu barədə şəxsə məlumatın təqdim edilməsi təmin edilir ki, bu da “İnzibati icraat haqqında” qanunun tələblərindən irəli gəlir.

Gömrük təmsilçiliyinin yenidən instututlaşdırılması, o cümlədən təmsilçilik imkanlarının liberallaşdırılması çərçivəsində “gömrük brokeri” anlayışı “dolayı gömrük təmsilçiliyi” ilə əvəz edilir. Gömrük brokeri fəaliyyəti lisenziya əsasında həyata keçirilirdisə, “dolayı gömrük təmsilçisi” olmaq üçün müvafiq reyestrə daxil olma şərtdir. “Dolayı gömrük təmsilçisi” reyestrinin gömrük orqanının saytında yerləşdirilməsi xarici ticarət iştirakçılarının bu peşəkar xidmətdən istifadə imkanını artıracaq, bu sahədə xidmətin və rəqabətli mühitin formalaşmasına xidmət edəcək. Birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək ki, bu da xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradır.

Layihənin qəbulu idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasında, ölkə ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılmasında, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsində, yükdaşımaların keyfiyyətinin yüksəldilməsində, yüklərin çatdırılma müddətinin azaldılmasında, gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin daha da təkmilləşdirilməsində, gömrük nəzarətinin risk əsasında həyata keçirilməsində, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsində, xarici ticarətin asanlaşdırılmasına şəraitin yaradılmasında, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsində mühüm rol oynayacaq.

Qanun layihəsi həmçinin məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsinə, gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxt itkisinin aradan qaldırılmasına, ölkənin iqtisadi və milli təhlükəsizliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına, gömrük tənzimləmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimləmə vasitələrinə uyğunlaşdırılmasına və gömrük işi üzrə digər istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcək.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir
Next: Azərbaycan nefti cüzi ucuzlaşıb

OXŞAR MÖVZULAR

6cfa4b76-74f1-39d8-a593-3838e9591392_1200

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

admin 01 May 2026
277a64f4-30a3-3c06-8b3e-4b6da8d16a94_1200

TƏBİB-in icraçı direktoruna müavin təyin olunub

admin 01 May 2026
g6eKXsTnq2CvdF2Z7WU8WgTAFhcRXz67LstuFEul_1200

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

admin 01 May 2026

XƏBƏR LENTİ

Hacıyev Qarabağ Universitetinin xarici ali məktəblərlə əməkdaşlığına çağırıb 2bc3e090-1ae9-3a01-a9fa-4f081491f96e_850

Hacıyev Qarabağ Universitetinin xarici ali məktəblərlə əməkdaşlığına çağırıb

01 May 2026
Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır IMG_20260501_161836

Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır

01 May 2026
Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub 1777634923487-u9tr5hecffm

Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub

01 May 2026
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib erqY0UeyAUiwVnb66jaZodgmGOSxcRpKk1rfzqj0_1200

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib

01 May 2026
Aİ səfiri Azərbaycan XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub a5b99ca6-6855-3786-afc4-ad464a0e3162_1200

Aİ səfiri Azərbaycan XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub

01 May 2026
Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə əməkdaşlığı müzakirə edib ciGlDH93CsUgXsPy63mZv11KqjSMN4S9OJma2YJW_1200

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə əməkdaşlığı müzakirə edib

01 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.