Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
MANŞET

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

01 May 2026 1 Min Read
PAYLAŞIN:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Mədəni irsin qorunması və innovasiyası üzrə qlobal liderlik” nominasiyasında beynəlxalq müsabiqədə 2026-cı il üzrə qalib elan olunub.

Bu barədə Paraqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mükafat Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən və qlobal brendlər üzrə ən son yenilikləri, analitik baxışları işıqlandıran nüfuzlu onlayn media platforması “Brands Review Magazine” jurnalı tərəfindən təqdim olunub.

Azərbaycanda mədəni irsin qorunması sahəsində rəqəmsallaşdırma, Dördüncü Sənaye İnqilabının texnologiyalarının tətbiqi, məlumat bazalarının effektiv idarə olunması, həmçinin, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, bərpası, istiqamətində həyata keçirilən layihələr beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Son illərdə təkcə Dövlət Xidməti tərəfindən ölkə üzrə 80-ə yaxın mühüm tarix-memarlıq abidəsində bərpa, konservasiya və möhkəmləndirmə işləri aparılıb.

Azərbaycanın bir sıra mədəni irs nümunələri UNESCO-nun İlkin Siyahısına daxil edilib.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yerləşən 749 abidə isə dövlət mühafizəsinə götürülüb geniş inventarlaşdırma və pasportlaşdırma işləri aparılıb, onların rəqəmsal platformalara inteqrasiyası istiqamətində işlər davam etdirilir.

Həyata keçirilən sistemli və innovativ tədbirlər ölkənin bu sahədə qlobal nüfuzunu gücləndirməklə yanaşı, mədəni irsin qorunmasının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu beynəlxalq miqyasda təsdiqləyir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Next

Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bəlli olub

Copyright 2026— Praqraf.com. All rights reserved