Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan ABŞ ilə kibertəhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edib
SİYASƏT

Azərbaycan ABŞ ilə kibertəhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edib

01 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan ilə ABŞ arasında kibertəhlükəsizlik və süni intellekt sahəsində əməkdaşlığı müzakirə edilib.

Paraqraf.com bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Dövlət Xidmətində ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun (CDP) nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

Görüş Azərbaycan ilə ABŞ arasında 10 fevral 2026-cı il tarixində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində baş tutub.

Görüşün əsas məqsədi sözügedən Xartiyada təsbit olunmuş prioritetlər üzrə kibertəhlükəsizlik, rəqəmsal inkişaf və süni intellekt sahələrində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərin qiymətləndirilməsindən ibarət olub.

Görüş çərçivəsində dövlət sistemlərində informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində ən yaxşı təcrübələr, təhlükəsizlik siyasətləri və ölçmə metrikaları, tərəfdaşların müvafiq istiqamət üzrə töhfə verə biləcəyi sahələr, kibergigiyena, kiberdiplomatiya və beynəlxalq müstəvidə kibersiyasət sahəsində təşəbbüslər, “Software Engineering Institute”, “MITRE” və “CRDF” şirkətləri ilə mümkün əməkdaşlıq istiqamətləri, yeni nəsil kibertəhdidlərlə mübarizədə təcrübə mübadiləsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə birgə layihələrin icrası kimi məsələlər müzakirə edilib.

Müzakirələr zamanı həmçinin süni intellekt texnologiyalarının təhlükəsizlik sistemlərinə inteqrasiyası və süni intellekt həlləri üçün təhlükəsizlik tələbləri və xarici süni intellekt həllərinin istifadəsində məlumat sızmasına səbəb ola biləcək hallar, eləcə də süni intellektin istifadəsinə dair ayrıca kibergigiyena qaydalarının formalaşdırılmasının zəruriliyi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Azərbaycanın müvafiq qurumları ilə texniki əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını ifadə edib.

Qeyd olunub ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT mərkəzi vasitəsilə dövlət orqanlarının informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində ABŞ-nin ixtisaslaşmış mərkəzləri ilə tərəfdaşlığın genişləndirilməsi kibertəhdidlərlə mübarizədə hər iki tərəfin mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verə bilər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda pul bazası apreldə 2 % azalıb

Next

Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir

Copyright 2026— Praqraf.com. All rights reserved