Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ-nin bombardmançı təyyarələri Britaniyada bazadan yeni təlim uçuşları keçirib
DÜNYA

ABŞ-nin bombardmançı təyyarələri Britaniyada bazadan yeni təlim uçuşları keçirib

01 May 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələri Böyük Britaniyadakı Ferford aviabazasından növbəti təlim uçuşları keçirib.

Paraqraf.com-un xəbərinə görə, bu, “Military Air Tracking Alliance” (MATA) aviasiya resursunun məlumatlarında qeyd olunub.

İki ədəd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi və bir ədəd “B-52H Stratofortress” cümə axşamı havaya qalxıb.

İranla mövcud atəşkəs razılaşmasına baxmayaraq, Amerika təyyarələri son günlər demək olar, hər gün doqquz saata qədər uçuşlar həyata keçirir.

Aviaresursun məlumatına görə, hazırda Ferford aviabazasında 15 ədəd “B-1B Lancer” və səkkiz ədəd “B-52H Stratofortress” də daxil olmaqla Amerikanın 23 ədəd ağır bombardmançı təyyarəsi yerləşdirilib.

Qeyd olunur ki, bu təyyarələrin hər biri 24-ə qədər JDAM aviabomba və ya 12 ədəd JASSM qanadlı raketi daşıya bilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Venesuela Amerikanın iki energetika şirkəti ilə memorandumlar imzalayıb

Next

Meksika və Aİ 22 mayda strateji tərəfdaşlıq müqaviləsi imzalayacaqlar

Copyright 2026— Praqraf.com. All rights reserved