Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib
SİYASƏT

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib

24 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Baş prokuror Kamran Əliyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Bu barədə Paraqraf.com-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror İranın ali rəhbəri Ayətullah Seyid Əli Xomeneinin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli sayda mülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib, tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.

K.Əliyev qeyd edib ki, Azərbaycan və İran xalqları dost, qardaş xalqlardır və ölkələr arasında qədim tarixi, mədəni, dini bağlar mövcuddur. Xüsusilə, vurğulanıb ki, hər iki ölkənin dövlət başçıları arasında mövcud səmimi və dost münasibətlər bütün istiqamətlərdə, o cümlədən hüquqi sferada da əməkdaşlığın dərinləşməsinə rəvac verir.

Bundan başqa, Baş prokuror 2022-ci ildə iranlı həmkarının dəvəti ilə həmin ölkəyə etdiyi işgüzar səfəri xatırladıb, eləcə də müxtəlif platformalarda İranın hüquq mühafizə orqanlarının rəhbərləri ilə keçirilən məhsuldar görüşlərini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Müctəba Dəmirçilu iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb, son hadisələr fonunda cənab Prezident İlham Əliyevin İran səfirliyini ziyarət edərək şəxsən başsağlığı verməsinə və Azərbaycan tərəfindən İran xalqına göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığını qeyd edib. O bildirib ki, Azərbaycan İrana ilk humanitar yardım göstərən ölkə olub və bu qarşı tərəf üçün xüsusi məna daşıyır. Eyni zamanda Azərbaycanın öz ərazisi vasitəsilə digər ölkələr tərəfindən göndərilən humanitar yardımların keçidinə şərait yaratması da dostluq addımıdır və yüksək qiymətləndirilir.

Səfir, həmçinin Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş çərçivəsində tərəflər cinayətkarlığın müxtəlif formalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, məhkumların təhvil verilməsi və bu sahələrdə fəaliyyətin səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Bununla yanaşı, münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Emin Əmrullayev: “İşğaldan azad olunmuş ərazilərdə 24-cü təhsil müəssisəsi fəaliyyətə başlayır”

Next

MİQ-də iştirak üçün ödənişin məbləği təsdiq edilib

Copyright 2026— Praqraf.com. All rights reserved