Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Azərbaycan və Çin arasında ikili diplom proqramları müzakirə olunub
ELM VƏ TƏHSİL

Azərbaycan və Çin arasında ikili diplom proqramları müzakirə olunub

21 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda səfərdə olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianvei ilə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı müzakirə edib.

Bu barədə Paraqraf.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə elm və ali təhsil, o cümlədən elmi-tədqiqat sahəsində PKTU ilə inkişaf istiqamətləri müzakirə edilib.

Həmçinin, Bakı Mühəndislik Universiteti (BMU) ilə PKTU arasında 6 ixtisas üzrə həyata keçirilən ikili diplom proqramları ətrafında fikir mübadiləsi aparılıb, sözügedən əməkdaşlığın yeni ixtisaslar və sahələr üzrə genişləndirilməsi perspektivləri vurğulanıb.

Eyni zamanda BMU-da PKTU ilə birgə yeni yaradılmış “PKTU–BMU Mühəndislik fakültəsi”nin iki ölkə arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Daha sonra Bakı Dövlət Universiteti (BDU) və PKTU arasında “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramına dair müqavilə imzalanıb. Sənədi BDU-nun rektoru Elçin Babayev və PKTU-nun prezidenti Tan Tianvei imzalayıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pirallahıda piyada keçidindən keçən 58 yaşlı kişini avtomobil vuraraq öldürüb

Next

Kənar dairəvi yolda minik maşını “Kamaz”la toqquşub, ölən və xəsarət alanlar var

Copyright 2026— Praqraf.com. All rights reserved