Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycanla Türkiyə arasında prokurorluq sahəsində əməkdaşlıq müzakirə olunub
SİYASƏT

Azərbaycanla Türkiyə arasında prokurorluq sahəsində əməkdaşlıq müzakirə olunub

17 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanla Türkiyə arasında prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlıq müzakirə olunub.

Bu barədə Paraqraf.com-a Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasının Sədri Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul edib.

Baş prokuror Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslanan iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasəti nəticəsində dövlətlərin arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndiyini, mütəmadi görüşlər, sıx təmaslar və beynəlxalq tədbirlər çərçivəsində həyata keçirilən qarşılıqlı səfərlərin, o cümlədən hazırda davam edən 5-ci Antalya Diplomatiya Forumu kimi platformalarda birgə iştiraklarının digər sahələrlə yanaşı, ölkələrin hüquq sistemləri və hüquqşünasları arasında əməkdaşlığın daha da inkişaf etməsində mühüm rol oynadığını qeyd edib.

Bundan başqa, Baş prokuror Şanlıurfa və Kahramanmaraş şəhərində yerləşən məktəbə edilən silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığını bildirib, bu ağır və kədərli hadisədə həlak olanların ailə üzvlərinə, yaxınlarına səbr diləyib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.

Türkiyə Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasinin Sədri Yusuf Kuzu göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkələrin həm prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olmasını vurğulayıb.

Görüşdə iki ölkənin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib, eləcə də hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd olunaraq gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub

Next

İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub

Copyright 2026— Praqraf.com. All rights reserved