Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İtaliya Sudana 30 milyon avroluq humanitar yardım ayıracaq
DÜNYA

İtaliya Sudana 30 milyon avroluq humanitar yardım ayıracaq

15 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

İtaliya vətəndaş müharibəsi fonunda ağır böhran yaşayan Sudana dəstək məqsədilə 30 milyon avro məbləğində əlavə humanitar yardım paketinin ayrıldığını elan edib.

Paraqraf.com xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani Berlində Sudan üzrə üçüncü humanitar konfransdakı iştirakının yekunlarına dair “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, vəsaitlər səhiyyə, təhsil və kənd təsərrüfatı sahələrindəki layihələrə yönəldiləcək.

Tayani Sudanda münaqişənin tezliklə dayandırılması, sülh və sabitliyin bərpası üçün beynəlxalq dialoqun zəruriliyini vurğulayıb.

O, həmçinin barışıq və danışıqlar prosesini dəstəkləmək məqsədilə İtaliyanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə ölkədə siyasi-humanitar görüş təşkil etmək planları barədə də məlumat verib.

Qeyd edək ki, Sudanda artıq üç ildir vətəndaş müharibəsi gedir. Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında toqquşmalar 2023-cü il oktyabrın 15-dən davam edir. Hərbi münaqişə 40 mindən çox yerli sakinin həyatına son qoyub, 14 milyona yaxın insanı öz evlərini tərk etməyə məcbur edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çin İrana dərman yardımı göndərəcək

Next

Meloni: Ukraynaya dəstək bizim mənəvi borcumuzdur

Copyright 2026— Praqraf.com. All rights reserved