27 Okt 2026, Ça

Şabranda hotelin fəaliyyəti dayandırılıb

PAYLAŞIN:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyətini dayandırıb.

Bu barədə Paraqraf.com-a FHN-dən məlumat verilib.

Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edildiyi üçün həmin hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

 

Paraqraf.com 

Loading