27 Okt 2026, Ça

Sumqayıtda zəncirvari qəza olub, dörd minik maşını və avtobus toqquşub

PAYLAŞIN:

Sumqayıt şəhərində dörd avtomobil və sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Qəza zamanı iki “Opel”, bir “Jac”, bir “Hyundai” markalı avtomobillər və 7A nömrəli marşrut avtobusu bir-biri ilə toqquşub.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading