Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İranın sabiq vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və “Green card”dan məhrum edilib
DÜNYA

İranın sabiq vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və “Green card”dan məhrum edilib

13 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ-də İranın qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtikarın oğlu İsa Haşimi saxlanılıb və daimi rezident statusundan məhrum edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Məlumata görə, Haşimi ilə birlikdə onun həyat yoldaşı və oğlu da saxlanılıb. Hazırda onlar deportasiya edilməyi gözləyirlər.

Dövlət Departamentindən bildirilib ki, hər üçü 2014-cü ildə ABŞ-yə gəlib, 2016-cı ildə isə “Green card” alıblar.

Daha əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə Birləşmiş Ştatlar tərəfindən öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin qardaşı qızını və qardaşı nəvəsini də saxlayıb, onların “Green card”larını ləğv edib.

Bundan başqa, İranın Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Əli Laricaninin ölkəni tərk etmiş qızının, eləcə də onun həyat yoldaşının ABŞ-nin qanuni daimi rezident statusu ləğv olunub. Onların Birləşmiş Ştatlara girişinə qadağa qoyulub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kuba Prezidenti: ABŞ ilə dialoq mümkün, lakin çətindir

Next

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi bu gün start götürür

Copyright 2026— Praqraf.com. All rights reserved