27 Okt 2026, Ça

İranın Qızıl Aypara Cəmiyyəti: Tehranda dağıntılar altından 960 nəfər çıxarılıb

PAYLAŞIN:

İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ABŞ və İsrailin Tehrana endirdiyi aviazərbələrdən sonra xilasetmə qrupları dağıntılar altından 960 nəfəri çıxarıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Al-Jazeera” İran mediasına istinadən məlumat verib.

Təşkilatın məlumatına görə, aviazərbələr nəticəsində ölkə üzrə ümumilikdə 125 630 mülki obyekt, o cümlədən 100 min yaşayış evi və təxminən 24 min kommersiya müəssisəsinə ziyan dəyib.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb, lakin tərəflər razılığa gələ bilməyib.

 

Paraqraf.com 

Loading