27 Okt 2026, Ça

Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var

PAYLAŞIN:

Salyanda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə Yeni Ələt-astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınınb. Belə ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Sumqayıt şəhər sakinləri; 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı, 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri – V.Paşayeva yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading