Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Pakistan XİN: ABŞ-İran danışıqlarında vasitəçiliyə davam edəcəyik
DÜNYA

Pakistan XİN: ABŞ-İran danışıqlarında vasitəçiliyə davam edəcəyik

12 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Pakistan Vaşinqton və Tehran arasındakı danışıqlar prosesi çərçivəsində vasitəçilik missiyasını bundan sonra da həyata keçirmək niyyətindədir.

Paraqraf.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin İslamabadda keçirilən ABŞ-İran danışıqlarının yekunlarına dair bəyanatında deyilir.

Qeyd olunub ki, hər iki tərəfin atəşkəs rejimi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid edilir.

“Ümid edirik ki, hər iki tərəf davamlı sülhə nail olmaq üçün müsbət məcrada fəaliyyət göstərməyə davam edəcək… Bütün tərəflərin atəşkəs üzrə öhdəliklərini yerinə yetirməsi son dərəcə vacibdir”, – bəyanatda bildirilib.

Bundan əlavə, Pakistan tərəfi “qarşıdan gələn günlərdə İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında dialoqa kömək göstərilməsində rol oynamağa davam etmək” istəyini təsdiqləyib. Hazırkı danışıqlar raundunun təşkilatçısı olan ölkə İslamabada gəlmək dəvətini qəbul etdiklərinə və məsləhətləşmələrdə iştirak etdiklərinə görə hər iki nümayəndə heyətinə minnətdarlığını bildirib.

Xatırladaq ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Məsləhətləşmələrdə Vaşinqtonu Cey Di Vensin başçılıq etdiyi, tərkibinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də daxil olduğu nümayəndə heyəti təmsil edib. İran tərəfindən isə danışıqlarda parlamentin spikeri Məhəmmədbaqer Qalibaf və XİN rəhbəri Abbas Əraqçi iştirak ediblər. Görüşdə həmçinin Pakistan Quru Qoşunlarının qərargah rəisi Asim Munir də iştirak edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İsrail Ordusu Livanda raket qurğusunun məhv edildiyini bildirib

Next

Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib

Copyright 2026— Praqraf.com. All rights reserved