27 Okt 2026, Ça

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

PAYLAŞIN:

Xaçmazda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə rayonun Həsənqala kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Vaz-2107” markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading