27 Okt 2026, Ça

Lider “Sabah” Premyer Liqanın XXVII turunda xal itirib

PAYLAŞIN:

Misli Premyer Liqasının XXVII turunda lider “Sabah” “Zirə” ilə qarşılaşıb.

Paraqraf.com xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan matç heç-heçə (2:2) yekunlaşıb.

“Bayquşlar”ın heyətində Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) fərqləniblər.

Qonaq komandada isə Ruan Renato (32-p.) və Eren Aydın (40) diqqət mərkəzinə düşüblər.

Turnir cədvəlinə 66 xalla “Sabah” başçılıq edir. 44 xalı olan “Zirə” dördüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Karvan-Yevlax” “Kəpəz”i məğlub edib – 4:1. “Şamaxı” – “Qarabağ” matçında isə hesab açılmayıb.

 

Paraqraf.com 

Loading