Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KİV: Vens ABŞ və İran danışıqlarının təşkilində əsas rol oynayıb
DÜNYA

KİV: Vens ABŞ və İran danışıqlarının təşkilində əsas rol oynayıb

11 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ-niın vitse-prezidenti Cey Di Vens aprelin 11-nə İslamabadda (Pakistan) planlaşdırılan Vaşinqton və Tehran arasında danışıqların təşkilində əsas rol oynayıb.

Paraqraf.com xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Onun dəyərləndirməsinə görə, atəşkəs rejiminin möhkəmləndirilməsi üçün bir neçə günlük danışıqlar tələb olunacaq.

“Bununla yanaşı, Pakistan hakimiyyəti bu məqsədə nail olmağa kömək etmək üçün Vensi ölkədə daha uzun müddət qalmağa razı salmağa ümid edir”, – mənbə yazıb.

Onun sözlərinə görə, İran ABŞ Prezidentinin xüsusi elçisi, İranla danışıqların əvvəlki raundlarına rəhbərlik etmiş və hazırkı danışıqlar qrupuna daxil olan Stiv Uitkoffa etibar etmir.

Qeyd edək ki, İran və Amerika nümayəndə heyətləri danışıqlar aparmaq üçün artıq İslamabada gəliblər. Bununla belə, danışıqların başlama vaxtı açıqlanmır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

KİV: “Hizbullah” İsrail hərbçilərinin mövqelərinə zərbələr endirib

Next

Şahbaz Şərif ABŞ ilə danışıqlar üçün Pakistana gedən İran nümayəndə heyətini qəbul edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved