Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 11
  • Aynur Sofiyeva AŞF-nin İcraiyyə Komitəsinin iclasında xüsusi xatirə medalı ilə təltif edilib

Aynur Sofiyeva AŞF-nin İcraiyyə Komitəsinin iclasında xüsusi xatirə medalı ilə təltif edilib

admin 11 Aprel 2026 3 minutes read
ZVudxd2PGijANbpsQZfhfPeQIack6fZbPnNRwTiA_1200
PAYLAŞIN:

Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin 2026-cı ildə ilk iclası keçirilib.

Paraqraf.com xəbər verir ki, iclasda çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov Gəncənin ilk dəfə ev sahibliyi etdiyi 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Federasiya rəhbəri fərqlənən yeniyetmələrin məşqçilər tərəfindən nəzarətə götürüləcəyini qeyd edib.

Ötən ilin Beynəlxalq Şahmat Federasiyası – FIDE tərəfindən “Sosial şahmat ili” elan olunduğu xatırlanıb. Bu səbəbdən FIDE 2025-ci ildə bütün dünya üzrə şahmatın sosial layihələrə cəlb olunmasına diqqəti artırıb.

Beynəlxalq Şahmat Federasiyası 2025-ci ildə Azərbaycanda şahmata həsr olunan sosial layihələri yüksək qiymətləndirərək AŞF-nin İcraiyyə Komitəsinin üzvü, tanınmış şahmatçı Aynur Sofiyevanı xüsusi hazırlanan xatirə medalı ilə təltif edib.

İclas zamanı mükafat Aynur Sofiyevaya FIDE-nin vitse-prezidenti Mahir Məmmədov tərəfindən təqdim olunub.

İki saatdan çox davam edən iclasda Təsnifat Komissiyasının yaradılması və komissiyaya sədrin təyin edilməsi, qurumun saytının və loqosunun yenilənməsi, qadınlardan ibarət milli komandanın hazırlığı, federasiyanın dəstək proqramına dəyişikliklərin olunmasıyla bağlı məsələlər müzakirə olunub.

İclasda uşaq və gənclərdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, layihələr üzrə mütəxəssis Raul Quliyev, qadın şahmatçılardan ibarət komandanın məşqçisi Qədir Hüseynov və “Təhsil” RİM-nin şahmat üzrə baş məşqçisi Cavanşir Bağırovun hesabat və təklifləri dinlənilib.

AŞF rəhbəri Mahir Məmmədov milli komandaların payızda Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlığının federasiyasının diqqətində olduğunu söyləyib. Kişi şahmatçılardan ibarət komandanın olimpiadaya fərdi proqramla hazırlaşması barədə məlumat verilib.

 

Paraqraf.com 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxacaq
Next: “Mançester Siti” və “Qalatasaray”ın sabiq futbolçusu Fernando Rejes karyerasını başa vurub

OXŞAR MÖVZULAR

9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

admin 23 Aprel 2026
7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

admin 23 Aprel 2026
R5giG9INK8EIvsrSfR8CnJdNTaaASlN5IXWrkn9s_1200

Nəbi İsgəndərov Dünya Kubokunda növbəti qələbəsini qazanıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.