27 Okt 2026, Ça

Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb

PAYLAŞIN:

Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Paraqraf.com xəbər verir ki, 2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlu idarə etdiyi BMW markalı avtomobillə Qazax şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olan zaman yolu keçən piyada, 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.

Nəticədə kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

 

Paraqraf.com 

Loading