Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Bakıda fitness zallarında reyd keçirilib, qanunsuzluqlar aşkarlanıb
HADİSƏ

Bakıda fitness zallarında reyd keçirilib, qanunsuzluqlar aşkarlanıb

10 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən fitness zallarında reyd keçirib.

Bu barədə Paraqraf.com-a qurumdan məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.

Belə ki, Suraxanı rayonu, İ.Musayev küçəsi, massiv Q3 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Vüsal Elxan oğluna məxsus “EG Fitness” idman zalında “İnstant Oats (ironmax)”, “Amino Professional”, “Ultra Strong (ironmax)”, “Omega 3 Professional”, “Creatine Powder (ironmax)”, Nərimanov rayonu, Azadlıq pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Aslanlı Fuad Yavər oğluna məxsus “Tempo Fitness” idman zalında etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb.

Həmçinin “Pure Whey Isolate 95”, “CLA Green Tea plus L-Carnitine”, “L-Carnitine Extreme Shot”, “Extreme Speed Shot”, “Arginin Ornitin”, “Krom Aktiv”, “Pump Express 2.0 Concentrate” əmtəə nişanlı məhsulların Azərbaycan dilində etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı aşkar edilib.

Nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.

Agentlik qida təhlükəsizliyi qeydiyyatından keçməyən və müvafiq icazə sənədləri ilə müşayiət edilməyən bioloji aktiv qida məhsullarını, o cümlədən idman qidalarını almaqdan çəkinməyi tövsiyə edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Emin Əmrullayev: Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb

Next

Bozdağ-Güzdək palçıq vulkanında püskürmə olub

Copyright 2026— Praqraf.com. All rights reserved