Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/İran Milli Bankının Bakı filialının mənfəəti 13 % azalıb
İQTİSADİYYAT

İran Milli Bankının Bakı filialının mənfəəti 13 % azalıb

10 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

İran Milli Bankının Bakı filialı bu ilin I rübünü 1,328 milyon manat mənfəətlə başa vurub.

Paraqraf.com  filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 % azdır.

Yanvar-mart aylarında İran bankının gəlirləri 1,314 milyon manat (1 il əvvələ nisbətən 10,7 % çox), xərcləri 562 min manat (16,8 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 575 min manat (6,9 % çox) təşkil edib. Filial mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə İran bankının aktivləri 121,08 milyon manat olub ki, bu da illik müqayisədə 0,9 % çoxdur. Bunun 2,066 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 71,7 % böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 4,5 % azalaraq 66,399 milyon manat, o cümlədən depozit portfeli 6,1 % artaraq 37,401 milyon manat, balans kapitalı isə 8,3 % artaraq 54,681 milyon manat olub.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan əsas tədarük bazarından qurudulmuş üzüm tədarükünü kəskin artırıb

Next

ADY martda Şimal-Cənub dəhlizində taxıl və dənli bitki tranzitini 3 dəfə artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved