27 Okt 2026, Ça

Bu ilin ilk üç ayında Azərbaycanda 15-ə yaxın meyit donorunun orqanı başqasına köçürülüb

PAYLAŞIN:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15-ə yaxın transplantasiya əməliyyatı meyit donordan götürülmüş orqanlar vasitəsilə icra olunub.

Bu barədə Paraqraf.com-a Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Həmçinin bildirilib ki, bu ilin birinci rübü ərzində Azərbaycanda ümumilikdə 60-a yaxın orqan və toxuma transplantasiyası baş tutub.

Onlardan 30-a yaxını böyrək, ayrı-ayrılıqda 10-a yaxını sümük iliyi və buynuz qişa (kornea), 10-dan çoxu isə qaraciyər transplantasiyası olub.

 

Paraqraf.com 

Loading