Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 10
  • Azərbaycanın avtomobil bazarında eyni marka daxilində qiymət fərqi kəskin artır

Azərbaycanın avtomobil bazarında eyni marka daxilində qiymət fərqi kəskin artır

admin 10 Aprel 2026 4 minutes read
zIxmOScsobZD6hKXciwzTrvuvoLYK1eaFd2eD76J_1200
PAYLAŞIN:

Azərbaycanın avtomobil bazarında qiymətlərin formalaşması vahid model üzrə deyil, yüksək dərəcədə fərqlənən heterogen struktur əsasında baş verir.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) tərəfindən nəqliyyat vasitələri bazası əsasında aparılmış son təhlillərdə qeyd olunub.

Bildirilib ki, bazar üzrə orta qiymət 28 361 manat təşkil etsə də, median göstəricinin 18 500 manat səviyyəsində olması yüksək qiymətli avtomobillərin ümumi statistikaya ciddi təsir göstərdiyini ortaya qoyur. Bu fərq bazarda qiymət dispersiyasının yüksək olduğunu, eyni tip nəqliyyat vasitələrinin belə geniş qiymət intervalında təklif edildiyini təsdiqləyir.

Palatadan qeyd edilib ki, avtomobillərin qiymət davranışı yalnız marka ilə müəyyən olunmur. Əsas təsiredici amillər kimi model xüsusiyyətləri, texniki göstəricilər, yürüş məsafəsi və istismar vəziyyəti çıxış edir. Hətta eyni marka daxilində modellər üzrə qiymət fərqlərinin bəzi hallarda müxtəlif markalar arasındakı fərqlərdən daha yüksək olması bazarın struktur baxımından mürəkkəbliyini göstərir və qiymətləndirmə prosesində daha dərin analitik yanaşmanın vacibliyini ön plana çıxarır.

Araşdırmada avtomobillərin köhnəlmə dinamikası da təhlil edilib. Müəyyən olunub ki, dəyər itkisi xətti xarakter daşımır və istismar müddətindən asılı olaraq dəyişir. Belə ki, nəqliyyat vasitələri ilk 1-3 il ərzində dəyərinin təxminən 20-30 %-ini itirir. Sonrakı 3-7 il aralığında bu proses nisbətən stabilləşərək illik 10-15 %, 7-10 il aralığında isə 5-8 % intervalında davam edir. 10-12 ildən sonra köhnəlmə tempi əhəmiyyətli dərəcədə zəifləyir, lakin bu mərhələdən sonra da dəyərin tam sabitləşdiyini söyləmək düzgün hesab olunmur. Bu dövrdə avtomobilin bazar qiyməti daha çox onun texniki vəziyyəti, yürüş göstəricisi, istismar şəraiti və bazardakı likvidliyi ilə müəyyən olunur.

Ayrı-ayrı hallarda, xüsusilə nadir və klassik modellərdə uzunmüddətli dövrdə qiymət artımı da müşahidə edilə bilər. Təhlildə bazar likvidliyinin də qiymət formalaşmasına ciddi təsir etdiyi vurğulanıb. Qeyd olunub ki, aşağı və orta qiymət seqmentində olan avtomobillər daha sürətli satılır və bu seqmentdə qiymətlər nisbətən sabit qalır. Əksinə, yüksək qiymətli və premium avtomobillər üzrə qiymət intervalı genişdir və satış müddəti daha uzun çəkir ki, bu da həmin seqmentdə qiymətləndirmə risklərinin daha yüksək olduğunu göstərir.

Araşdırma çərçivəsində yürüş göstəricisinin qiymətə təsiri də ayrıca qiymətləndirilib. Məlumatlara əsasən, avtomobilin yürüş məsafəsinin artması onun bazar dəyərinə əlavə azaldıcı təsir göstərir. İlkin hesablamalar göstərir ki, hər əlavə 10 min kilometr yürüş artımı avtomobilin qiymətində orta hesabla 3–7 % intervalında diskont yaradır. Bu təsir avtomobilin yaşı və texniki vəziyyətindən asılı olaraq dəyişsə də, ümumi bazar davranışında sabit tendensiya kimi müşahidə olunur.

Nəticədə vurğulanıb ki, avtomobil bazarında sadə orta göstəricilər real vəziyyəti tam əks etdirmir. Bu səbəbdən AQP tərəfindən nəqliyyat indeksinin hesablanmasında median əsaslı, seqmentləşdirilmiş və yaş, yürüş kimi əsas amilləri nəzərə alan metodoloji yanaşmanın tətbiqi zəruri hesab edilir. Bildirilib ki, bu yanaşma qiymətləndiricilər üçün daha dəqiq analitik baza formalaşdırmaqla yanaşı, məhkəmələr, banklar və sığorta şirkətləri üçün də obyektiv və etibarlı istinad mexanizmi rolunu oynaya bilər.

 

Paraqraf.com 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Anar Quliyev İnşaatçılar Günü münasibətilə bu peşənin sahiblərinə təbrik ünvanlayıb
Next: Azərbaycan əsas tədarük bazarından qurudulmuş üzüm tədarükünü kəskin artırıb

OXŞAR MÖVZULAR

hXPKD2P9b7F5bZXh1l9BPL2U7gUnNQUaaVjt8ZIx_1200

Azərbayсan ət idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

admin 23 Aprel 2026
Dovlət-Vergi-Xidməti

Dövlət Vergi Xidmətinə müraciətlərin sayı 14 %-ə yaxın azalıb

admin 23 Aprel 2026
hxw9id4tUS1R1gIuyIxtiLdSazVyxzRcSLefr2BT_1200

Azərbaycanın vergi orqanları I rübdə 89 cinayət işi açıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.