27 Okt 2026, Ça

Cari ilin ilk rübündə Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb

PAYLAŞIN:

2026-cı ilin 3 ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.

Bu barədə Paraqraf.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 2025-ci ilin ilk 3 ayı ərzində bu cür nikahların sayı 483 olub.

Məlumat üçün bildiririk ki, əcnəbilər daha çox Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.

 

Paraqraf.com 

Loading