Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Türkiyə və Azərbaycan arasında məhkəmə sahəsində fikir mübadiləsi aparılıb
SİYASƏT

Türkiyə və Azərbaycan arasında məhkəmə sahəsində fikir mübadiləsi aparılıb

08 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə Paraqraf.com-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, sədr İnam Kərimov Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, məhkəmə-hüquq sahəsində də əməkdaşlıq qarşılıqlı səfərlər və təcrübə mübadiləsi çərçivəsində daha da möhkəmlənir.

Görüş zamanı ölkəmizdə məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, eləcə də cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi önəm verildiyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Naxçıvan Dövlət Universiteti “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

Next

Ötən gün qanunsuz saxlanılan 4 avtomat, 1 pulemyot tapılıb

Copyright 2026— Praqraf.com. All rights reserved