27 Okt 2026, Ça

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

PAYLAŞIN:

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb.

Paraqraf.com xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa Sabunçu rayonu Maştağa qəsəbə sakini 1994-cü il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading