27 Okt 2026, Ça

Bakının yollarında yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb

PAYLAŞIN:

Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.

Bu barədə Paraqraf.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Qeyd olunub ki, Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində də yığılan yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb.

 

Paraqraf.com 

Loading