Skip to content
04 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 4
  • BMT yanında Daimi Nümayəndəlik: Azərbaycan mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir

BMT yanında Daimi Nümayəndəlik: Azərbaycan mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir

Həsən 04 Aprel 2026
LaHQRKHUcomAa1UF4YVvBX2lb1SwrLB2zp36kOhL_1200
PAYLAŞIN:

Azərbaycan müharibənin partlayıcı qalıqları və kustar üsulla hazırlanmış partlayıcı qurğular səbəbindən yaralanma, ölüm və ya əsas xidmətlərə çıxışın məhdudlaşdırılması riski ilə üzləşən milyonlarla insanın qarşılaşdığı təhlükələrdən ən çox əziyyət çəkən ölkələr sırasındadır və ərazisinin 13 %-dən çoxu mina ilə çirklənib.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, son otuz il ərzində 3 400-dən çox insan minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olub. Təkcə 2020-ci ilin noyabr ayından bəri aralarında qadın və uşaqların da olduğu 421 mülki şəxs mina partlayışlarının qurbanı olub, onlardan 72-si həlak olub, 349-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və bu rəqəm artmağa davam edir.

Bildirilib ki, genişmiqyaslı mina çirklənməsi digər fəsadlarla yanaşı, iqtisadi dirçəliş, yenidənqurma və reabilitasiya səylərinə mane olur, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tam icrası üçün ciddi maneə törədir.

“Azərbaycan mina təmizləmə fəaliyyətini dayanıqlı inkişafın mühüm amili kimi təşviq və icra edir, yenidənqurmanı dəstəkləyir, icmaların dayanıqlılığı üçün kritik olan torpaqlara və resurslara çıxışı bərpa edir. Mina təmizləmə səylərinin davamlı və qalıcı inkişafla bağlılığını, eləcə də təmizlənmiş ərazilərin əhalinin rifahına, ölkənin tərəqqisinə və inkişafına mühüm təsirini nəzərə alaraq Azərbaycan humanitar mina təmizləməni rəsmən 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib”, – bəyanatda qeyd olunub.

Mətndə həmçinin Azərbaycanın BMT-nin mina aksiyasını prioritet məsələ kimi irəli sürməyə və beynəlxalq konfranslar keçirməyə davam etdiyi vurğulanıb.

“Azərbaycan mina təmizləmə fəaliyyətinin gender ölçüsünə də xüsusi önəm verir. Bu baxımdan, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) beynəlxalq tərəfdaşları ilə birgə layihəsi çərçivəsində ölkədə ilk qadın minatəmizləmə komandaları yaradılıb. Bu təşəbbüs nəinki milli minatəmizləmə potensialının gücləndirilməsinə, həm də həyati əhəmiyyət kəsb edən bu humanitar sahədə qadınların mənalı iştirakının təşviqinə töhfə verib”, – Daimi Nümayəndəlik vurğulayıb.

Bəyanatın sonunda qlobal mina təhlükəsi ilə mübarizədə beynəlxalq yardımın önəmi qeyd edilib.

 

Paraqraf.com 

Loading

About The Author

Həsən

See author's posts

Post navigation

Previous: Təhsildə transsendent liderlik: Görünməz idarəetmə modelinin tətbiqi | Günay Qurbanova
Next: Azərbaycan XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb

OXŞAR MÖVZULAR

NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Həsən 03 İyun 2026
2fL8G5Sz16mDOBm0M1zCGFXgBcQERATLSi6j6KeM_1200

Feliks Klayn Azərbaycanda dinlərarası harmoniyanın qorunmasını yüksək qiymətləndirib

Həsən 03 İyun 2026
9xQUmBtc8mHMLBtmRddrQBNQcMkP0xuboZYgLCZl_1200 (1)

Azərbaycan və Serbiya parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlığı müzakirə edib

Həsən 03 İyun 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026

BÜTÜN YAZILAR

60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

Həsən 03 İyun 2026
xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

Həsən 03 İyun 2026
NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Həsən 03 İyun 2026
fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Həsən 03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.