Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ukrayna regionlarına kütləvi zərbələr: ölənlər və onlarla yaralı var
DÜNYA

Ukrayna regionlarına kütləvi zərbələr: ölənlər və onlarla yaralı var

02 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya ordusu Ukraynanın Xerson, Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərinə zərbələr endirib, hücumlar nəticəsində 4 nəfər həlak olub, daha 18 nəfər yaralanıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Vilayət Hərbi Administrasiyalarının (VHA) rəhbərlərinə istinadən xəbər verir.

Xerson VHA-nın rəhbəri Aleksandr Prokudin bölgəyə atəş açılması nəticəsində iki nəfərin həlak olduğunu, on nəfərin yaralandığını bildirib.

Xarkov VHA-nın rəhbəri Oleq Sineqübov ötən sutka ərzində Rusiya qoşunlarının müxtəlif tipli pilotsuz uçuş aparatları və idarə olunan aviasiya bombalarından istifadə edərək Xarkova və vilayətin 13 yaşayış məntəqəsinə hücum etdiyini bildirib. Nəticədə bir nəfər həlak oldu, daha dörd nəfər zərər çəkib.

Dnepropetrovsk VHA-nın rəhbəri Aleksandr Qanja vilayətin üç rayonunun atəşə tutulduğunu qeyd edib.

“Bir nəfər həlak olub, iki nəfər yaralanıb”, – o, telegram kanalında yazıb.

Zaporojye vilayətində VHA-nın rəhbəri İvan Fyodorovun sözlərinə görə, sutka ərzində 41 yaşayış məntəqəsinə 900-dən çox atəş açılması qeydə alınıb. Hücumlar nəticəsində iki nəfər – 19 və 16 yaşlı gənclər zərər çəkib.

“Ümumilikdə sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 41 yaşayış məntəqəsinə 956 zərbə endirdi. 19 və 16 yaşlı gənclər Zaporojye rayonuna hücum nəticəsində xəsarət aldı”, – o “Telegram”da yazıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

SEPAH: İsrailə məxsus “Hermes” PUA-sı ələ keçirilib

Next

Overçuk: Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana yük göndərmək hamıya faydalıdır

Copyright 2026— Praqraf.com. All rights reserved