Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Türkiyənin vitse-prezidenti: COP29-u uğurla təşkil edən Azərbaycanın təcrübəsindən faydalanırıq
SİYASƏT

Türkiyənin vitse-prezidenti: COP29-u uğurla təşkil edən Azərbaycanın təcrübəsindən faydalanırıq

02 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla təşkil edən Azərbaycanın təcrübəsindən faydalanır.

Paraqraf.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə öncül rol üzərinə götürmək əzmindədir:

“Çoxtərəfliliyin ciddi təzyiq altında olduğu bu kritik dövrdə COP31 Sədrliyi vəzifəsini üzərimizə götürməkdən məmnunluq duyuruq. COP29-u uğurla təşkil edən Azərbaycanın təcrübəsindən faydalanırıq. COP31 Sədrliyimiz dövründə əsas hədəfimiz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konstruktiv körpü quraraq, tərəflər arasında etimadı və əməkdaşlığı gücləndirmək və qlobal iqlim səylərinə müsbət töhfə verməkdir”.

Cevdet Yılmaz əlavə edib ki, TDT üzv dövlətləri və müşahidəçilərinin COP31 prosesində güclü iştirakı, COP31 İqlim Fəaliyyəti Gündəmi çərçivəsində əməkdaşlığın artırılması və konkret nəticələrin əldə olunması üçün möhkəm zəmin yaradacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cevdet Yılmaz: Kiprin türk xalqının haqq işinə güclü dəstəyə görə İlham Əliyevə minnətdarıq

Next

Cevdet Yılmaz: Orta Dəhliz ölkələrimiz arasında əlaqələri möhkəmləndirən strateji marşrutdur

Copyright 2026— Praqraf.com. All rights reserved