27 Okt 2026, Ça

“Turan” və “DH Volley” 1/4 finalın ikinci oyunlarında üstünlüklərini qorumağa çalışacaq

PAYLAŞIN:

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək.

Paraqraf.com-un məlumatına görə, ilk olaraq iki qarşılaşma keçiriləcək.

“Turan” doğma meydanda “Murov Az Terminal”ı qəbul edəcək. Görüş Tovuz Olimpiya İdman Kompleksində, saat 16:00-da start götürəcək.

Saat 18:00-da isə “DH Volley” “Azərreyl”lə münasibətlərə aydınlıq gətirəcək. Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

“Turan” və “DH Volley” ilk matçlarda inamlı qələbə qazanıblar – 3:0.

Xatırladaq ki, 1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.

 

Paraqraf.com 

Loading