Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp ABŞ-nin İranı daş dövrünə qaytaracağını bildirib
DÜNYA

Tramp ABŞ-nin İranı daş dövrünə qaytaracağını bildirib

02 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ növbəti iki-üç həftə ərzində İrana hərbi zərbələrinin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Paraqraf.com-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə Amerika xalqına televiziya ilə müraciətində bildirib.

“Növbəti iki-üç həftə ərzində onlara fövqəladə güclə zərbə endirəcəyik, biz onları daş dövrünə qaytaracağıq”, – ABŞ administrasiyasının rəhbəri vurğulayıb.

O qeyd edib ki, Vaşinqtonun məqsədi Tehranda hakimiyyət dəyişikliyi deyildi.

“Danışıqlar davam edir. Bizim məqsədimiz hakimiyyət dəyişikliyi deyildi. Lakin bu, onların bütün ilkin liderlərinin öldürülməsi səbəbindən baş verdi. Yeni qrup daha az radikal və daha ağlabatandır. Buna baxmayaraq, bu müddət ərzində heç bir razılaşma əldə edilmirsə, əsas obyektləri əhatə dairəsində saxlayırıq. Razılaşma olmasa, biz onların hər bir elektrik stansiyasına çox güclü və ehtimal ki, eyni vaxtda zərbə endirəcəyik”, – Tramp əlavə edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın Ali Lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur öldürülüb. İran buna cavab olaraq İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarını yerləşdirən ölkələrdəki – Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Overçuk: Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana yük göndərmək hamıya faydalıdır

Next

Tramp: ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır

Copyright 2026— Praqraf.com. All rights reserved