27 Okt 2026, Ça

Oljas Bektenov: Türk İnvestisiya Fondu yaxın zamanda fəaliyyətə başlayacaq

PAYLAŞIN:

Türk İnvestisiya Fondu yaxın zamanda əməliyyat fəaliyyətinə başlayacaq.

Paraqraf.com-un məlumatına görə, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

“Türk İnvestisiya Fondu ölkələrimizin iqtisadi inteqrasiyasının əsas alətlərindən biridir və yaxın zamanda öz əməliyyat fəaliyyətinə başlayacaq”, – O.Bektenov qeyd edib.

Baş nazir, həmçinin bildirib ki, Türk Ticarət-Sənaye Palatalarının İttifaqının üçüncü assambleyası zamanı Qazaxıstan bu strukturun tam institusionallaşdırılması ilə bağlı təşəbbüs irəli sürüb:

“İttifaqın fəaliyyətini Türk İnvestisiya Fondunun işinə inteqrasiya etməyi zəruri hesab edirəm, bu, həmin iqtisadi institutlar arasında səmərəli qarşılıqlı əlaqəni təmin etməyə imkan verəcək”.

 

Paraqraf.com 

Loading