Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub – FOTOLAR
MANŞETMƏDƏNİYYƏT

Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub – FOTOLAR

02 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir. Layihə çərçivəsində Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Gecədə tanınmış solistlər – Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva və Tural Ağasıyev, eləcə də teatrın digər solistləri Taleh Yahyayev, Səma Həmzəyeva, Atəş Qarayev, Mirəli Sarızadə, Fəhmin Əhmədli və Vüqar Əliyev çıxış ediblər. İfaçıları Rəhiməxanım Qurbanova (piano), Səxavət Məmmədov (tar), Mahir Quliyev (kamança) və Loğman Məmmədli (nağara) müşayiət ediblər.

Konsert proqramında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından duet, “Arşın mal alan” operettasından parçalar, eləcə də Müslüm Maqomayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev və Ələkbər Tağıyevin bəstələri, həmçinin xalq mahnıları, muğam və təsniflər səsləndirilib.

Proqramın sonunda bütün solistlərin birgə ifasında Müslüm Maqomayevin “Azərbaycan” (sözləri Nəbi Xəzri) mahnısı təqdim olunub.

Qeyd edək ki, qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədinə uyğun şəkildə həyata keçirilir.

Layihə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri və yaradıcı kollektivlərlə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına və yeni yaradıcılıq platformalarının yaranmasına töhfə verəcək. Qastrol proqramı eyni zamanda tamaşaçıların asudə vaxtının daha səmərəli təşkilinə imkan yaradacaq, regionların mədəni cəlbediciliyini artıracaq və ölkə daxilində mədəni turizmin inkişafına əlavə stimul verəcək.

Возможно, это изображение один или несколько человек, скрипка, аккордеон, саксофон, гобой, флейта, гитара, кларнет и труба

Возможно, это изображение кларнет, скрипка, аккордеон, гитара, арфа и текст

Возможно, это изображение кларнет, скрипка, флейта и фортепиано

Возможно, это изображение толпа

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Aprel döyüşləri: Qısa müddətli qarşıdurmanın əsas məqamları

Next

Kənan Kərimzadə ilə Lənkəranda məktəb ziyarətləri

Copyright 2026— Praqraf.com. All rights reserved