Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/İlqar Orucov: “Şagirdin hədəfi gələcəkdə elm arxasınca getməkdirsə, liseylər daha effektlidir”
ELM VƏ TƏHSİLMANŞET

İlqar Orucov: “Şagirdin hədəfi gələcəkdə elm arxasınca getməkdirsə, liseylər daha effektlidir”

02 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Müasir dövrdə təhsil sistemi sürətlə inkişaf edir və müxtəlif təhsil modelləri formalaşır. Bu modellər arasında təmayül məktəbləri, ümumi təhsil məktəbləri və liseylər xüsusi yer tutur.

Bəs bu təhsil müəssisələri arasında əsas fərqlər nədən ibarətdir? Hansı model şagirdlərin bilik və bacarıqlarının daha effektiv inkişafına şərait yaradır?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu fərqləri anlamaq üçün hər bir təhsil müəssisəsinin məqsədinə və yanaşma tərzinə diqqət yetirmək vacibdir:

İlqar Orucov: Yaxşı müəllim olmaq istəyən üçün şəhər və ya kəndin fərqi  yoxdur - AZƏRTAC

“Ümumtəhsil məktəblərində proqram daha geniş və ümumi xarakter daşıyır. Burada əsas məqsəd şagirdin bütün fənlər üzrə baza biliklərinin formalaşdırılmasıdır.

Təmayül məktəbləri isə əsasən 10–11-ci sinifləri əhatə edir. Bu mərhələdə şagird gələcək ixtisas istiqamətini seçir. Fənlərin sayı azalır, profil fənlər isə daha dərindən tədris olunur. Bu, universitetə hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər”.

O vurğulayıb ki, xüsusi təmayüllü məktəblər hələ sovet dövründən mövcuddur:

“Bu məktəblər istedadlı şagirdləri erkən mərhələdə müəyyənləşdirərək onlara xüsusi proqram əsasında daha dərin biliklər təqdim edir. Beləliklə, şagirdlər gələcək ixtisaslarını daha erkən müəyyənləşdirirlər”.

Ekspertin sözlərinə görə, liseylər isə daha seçici və rəqabətli mühit təqdim edir:

“Liseylərə qəbul xüsusi imtahanlar vasitəsilə aparılır və burada rəqabət yüksəkdir. Şagirdin məqsədi yüksək nəticə əldə etmək və gələcəkdə elmi fəaliyyətlə məşğul olmaqdırsa, liseylər daha effektiv seçimdir. Bu müəssisələrdə intellektual mühit və stimullaşdırıcı yanaşma üstünlük təşkil edir.

Əgər şagird artıq konkret ixtisas seçimi barədə düşünürsə, təmayül məktəbi daha uyğun variantdır. Ümumtəhsil məktəbləri isə daha geniş dünyagörüşü və sosial mühit formalaşdırmaq baxımından önəmlidir”.

İlqar Orucov qeyd edib ki, müasir təhsildə əsas məsələ yalnız bilik deyil, həm də bacarıqların inkişafıdır:

“Liseylər analitik düşüncəni inkişaf etdirir, təmayül məktəbləri isə konkret hədəfə fokuslanmağı öyrədir. Əgər şagird orta səviyyədən yuxarı nəticələr göstərirsə, lisey seçimi onun üçün daha məqsədəuyğun hesab olunur”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Hörmüz boğazında yüzlərlə gəmi yığılıb

Next

Aprel döyüşləri: Qısa müddətli qarşıdurmanın əsas məqamları

Copyright 2026— Praqraf.com. All rights reserved