PAYLAŞIN:

Aprelin 1-i saat 18:10 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın) hosptalizasiya olunub.

Sumqayıt Tibb Mərkəzindən Paraqraf.com-a bildirilib ki, dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

 

Paraqraf.com 

Loading