27 Okt 2026, Ça

Aripov: Azərbaycanın TDT-yə sədrliyi davamlı və uğurlu xarakter daşıyır

PAYLAŞIN:

Azərbaycanın Türk Dövlətləri Təşkilatında (TDT) sədrliyi davamlı və uğurlu xarakter daşıyır.

Paraqraf.com xəbər verir ki, bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

“Biz Türk dünyasının əsas mərkəzlərindən birində olmağımızdan məmnunuq. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatında sədrliyi davamlı və uğurlu xarakter daşıyır”, – o bildirib.

Aripovun sözlərinə görə, 2025-ci ilin oktyabrında keçirilmiş Qəbələ sammiti (TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü – red.) təşkilatın inkişafı üzrə yeni istiqamətlərin müəyyən edilməsində mühüm mərhələ olub.

 

Paraqraf.com 

Loading