Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib.
Paraqraf.com bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2,8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27,7 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2026-cı ilin I rübündə AMB-nin valyuta ehtiyatları 1,2 % artaraq 11,7 milyard ABŞ dollarına çatıb.
“Bu ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1,1 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. AMB-nin 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır”, – deyə AMB bəyan edib.
Paraqraf.com
![]()
