Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp: ABŞ NATO-dan çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirir
DÜNYA

Tramp: ABŞ NATO-dan çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirir

01 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib.

Paraqraf.com xəbər verir ki, ABŞ lideri bunu Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

ABŞ lideri bu qərarını Alyansın İsrail və ABŞ-nin İrana qarşı kampaniyasına qoşulmaması ilə əsaslandırıb. Tramp Alyansı “kağız pələng” adlandıraraq ABŞ-nin müdafiə müqaviləsindən çıxması məsələsinə yenidən baxılmayacağını deyib.

“NATO heç vaxt məndə inam yaratmayıb. Mən həmişə bilirdim ki, onlar kağız pələngdir və yeri gəlmişkən, Putin (RF Prezidenti Vladimir Putin – red.) də bunu bilir”, – Tramp qeyd edib.

Prezidentin sözlərinə görə, o, Alyans üzrə müttəfiqlərini İrana qarşı birgə əməliyyatda iştirak etməyə razı salmağa çalışmayıb, çünki bunun “avtomatik olaraq baş verməli olduğunu” hesab edirdi.

Bununla yanaşı, o, Rusiya-Ukrayna münaqişəsi ilə paralellər apararaq ABŞ-nin Ukraynanın dəstəklənməsindəki rolunu vurğulayıb:

“Biz orada avtomatik olaraq iştirak edirdik… Ukrayna bizim problemimiz deyildi. Bu, bir sınaq idi və biz onların yanında idik, biz həmişə onların yanında olardıq. Onlar isə bizim yanımızda olmadılar”.

ABŞ Prezidenti Britaniyanın Baş naziri Kir Starmeri Yaxın Şərqdəki münaqişədə iştirakdan imtina etdiyinə görə tənqid edib:

“Sizin heç donanmanız da yoxdur. Donanma köhnəlib və aviadaşıyıcılarınız işlək deyil. O (Starmer – red.) istədiyini edə bilər. Bunun heç bir əhəmiyyəti yoxdur. Starmerin istədiyi yeganə şey sizin elektrik enerjisi qiymətlərinizin kəskin artmasına səbəb olan bahalı külək dəyirmanlarıdır”, – o əlavə edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya Ukraynanın Luqansk vilayəti üzərində nəzarəti ələ aldığını bəyan edib

Next

Peskov: Zelenski Donbasdan Ukrayna qoşunlarının çıxarılması barədə elə bu gün qərar verməlidir

Copyright 2026— Praqraf.com. All rights reserved