27 Okt 2026, Ça

Şimali Kiprin Baş naziri Azərbaycana səfərə gəlib

PAYLAŞIN:

Şimali Kiprin Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib.

Paraqraf.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək. Birinci toplantı ötən ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmuşdu.

 

Paraqraf.com 

Loading