27 Okt 2026, Ça

İrlandiya Ukraynaya humanitar yardım üçün daha 40 milyon avro ayırıb

PAYLAŞIN:

İrlandiyanın xarici işlər, ticarət və müdafiə naziri Helen Makenni Kiyevə ilk səfəri zamanı Ukraynaya humanitar yardım üçün əlavə 40 milyon avro ayrıldığını elan edib.

Paraqraf.com-un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə ukraynalı həmkarı Andrey Sibiqa ilə mətbuat konfransında bildirib.

“Ukraynada humanitar yardım və sabitləşmənin dəstəklənməsi üçün əlavə 40 milyon avro ayrıldığını bildirməkdən məmnunam”, – A.Sibiqa qeyd edib.

Beləliklə, bu il İrlandiyanın humanitar yardım və dəstəyinin ümumi həcmi 65 milyon avro təşkil edəcək.

 

Paraqraf.com 

Loading