PAYLAŞIN:

Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.

Paraqraf.com-un məlumatına görə, “Qarabağ” “Kəpəz”in qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. “Qarabağ” 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 18 xalla 10-cu sıradadır.

Günün ikinci görüşündə “Neftçi” “İmişli”ni qəbul edəcək. Matç “Palms Sports Arena”da, saat 19:15-də başlayacaq. Bakı klubu 34 xalla altıncıdır. Bölgə təmsilçisi isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, “Kəpəz” “Qarabağ” komandalarının son duelində qərb təmsilçisi qalib gəlib, “Neftçi”“İmişli” qarşılaşmasında isə bölgə klubu qələbə qazanıb. Bu mənada favorit komandalar məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Misli Premyer Liqası

III dövrə, XXV tur

20 mart

15:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev

VAR: Rauf Cabarov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elman Musayev.

Yevlax şəhər stadionu

19:15. “Neftçi” – “İmişli”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Palms Sports Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Şamaxı”nı (1:0), “Zirə” “Karvan-Yevlax”ı (1:0), “Sabah” isə “Sumqayıt”ı (3:1) məğlub edib.

 

Paraqraf.com 

Loading