PAYLAŞIN:

İsrail Müdafiə Ordusu Suriyanın cənubundakı hərbi infrastruktura zərbələr endirib.

Bu barədə Paraqraf.com İsrail ordusuna istinadən xəbər verir.

İsrail hərbçiləri bildiriblər ki, zərbələr Əs-Süveydada druzların hücuma məruz qalmasına cavab olaraq vurulub.

Məlumata görə, İsrail ordusu Suriya hökumət qüvvələrinin hərbi obyektlərindəki komandanlıq mərkəzinə və silah-sursat anbarlarına zərbələr endirib.

Qeyd olunub ki, ordu Suriyanın cənubunda hadisələrin inkişafını izləməyə davam edir və siyasi rəhbərliyin direktivlərinə uyğun hərəkət edəcək.

 

Paraqraf.com 

Loading